Fransada kütləvi etirazlara hazırlıq: 70 min polis küçələrə çıxarılacaq
Fransada “Sarı jiletlilər” hərəkatının planlaşdırdığı kütləvi aksiya, Milli Assambleyanın qarşısında keçirilməsi nəzərdə tutulduğu üçün qadağan edilib. Publika.az xəbər verir ki, bu barədə LCP telekanalı məlumat yayıb.
Paris Polis İdarəsi, hərəkatın bu axşam təşkil etmək istədiyi aksiyaya icazə verməyib. Etirazçılar isə aksiyanı Milli Assambleyadan 500 metr məsafədə yerləşən “Invalides” meydanında keçirmək istəsələr də, bu təklif də rədd edilib.
Parisdən kənarda yerləşən şəhərlərdə isə yerli vaxtla saat 19:00-da aksiyaların keçirilməsi gözlənilir. Bütün ölkə üzrə “Sarı jiletlilər” sabah genişmiqyaslı aksiyalar təşkil etməyi planlaşdırır.
Aksiyalarla əlaqədar ölkə üzrə təxminən 70 min hüquq-mühafizə orqanı əməkdaşının səfərbər ediləcəyi bildirilib. Bu tədbirlər, etirazların geniş vüsət almasının qarşısını almaq məqsədi daşıyır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Şimali Koreya raketlər ataraq Cənubi Koreyanı xəbərdar edib
Pentaqondan NATO ölkələrinə gözlənilməz çağırış: Rusiyaya qarşı bunu edin
Fransada Sarı Yeleklilərin etirazları öncəsi gərginlik artır
İsraildə seçki çıxmazı: yeni hökumət necə formalaşa bilər
ABŞ-də pilotlar 12 min metr yüksəklikdə UNO gördülər