30.10.2026 - 16:44
İspaniyada qatar qəzasında 27 ölkənin vətəndaşı həlak olub
Hadisə 152 baxış

İspaniyada qatar qəzasında 27 ölkənin vətəndaşı həlak olub

İspaniyada baş verən dəhşətli qatar qəzası nəticəsində ispanlarla yanaşı, 27 ölkənin vətəndaşları da həyatını itirib. Baku.ws-in xarici mətbuata istinadən məlumatına görə, bu barədə İspaniyanın Baş naziri Pedro Sançes açıqlama verib.

Sançesin bəyanatına görə, faciə nəticəsində ölənlər müxtəlif millətlərdən olan insanlardır. Oktyabrın 28-də səhər saatlarında baş verən hadisədə, Madrid-Sevilya marşrutunda hərəkət edən “Renfe” şirkətinə məxsus AVE qatarı, “Iryo” şirkətinə aid dayanmış qatarla toqquşub. Bu toqquşma nəticəsində bir neçə vaqon relsdən çıxaraq yamacdan aşağı düşüb.

Qəza zamanı iki qatarda ümumilikdə 540-dan çox sərnişin olub. Hadisədən sonra dəmir yolu xəttində hərəkət dayandırılıb və qəzanın səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırmalara başlanılıb.

Faciədə həlak olanlar arasında İspaniyanın sabiq əmək naziri Fatima Banyesin də olduğu bildirilir. Bu barədə İspaniya Biznes Təşkilatları Konfederasiyası məlumat yayıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: