Messinin “Barsa”ya tövsiyə etdiyi istedad 4 nəhəngin hədəfində
18 yaşlı meksikalı futbol istedadı Gilberto Mora, Avropanın böyük klublarının diqqət mərkəzindədir. Publika.az-ın məlumatına görə, tanınmış jurnalist Ekrem Konur bu barədə sosial mediada paylaşım edib. Mora, “Arsenal”, “Liverpul”, PSJ və “Bayern Münhen” kimi nəhəng klubların maraq dairəsindədir.
Buna baxmayaraq, Mora’nın hazırkı klubu “Ticuana” hələlik konkret bir transfer təklifi almadığını bildirib. Maraqlıdır ki, Mora’nın potensialını görənlər arasında dünyaca məşhur futbolçu Lionel Messi də var. O, bu gənc istedadı “Barselona”ya tövsiyə etmişdi.
Mora’nın bazar dəyəri “Transfermarkt” tərəfindən 25 milyon avro olaraq qiymətləndirilib və onun “Ticuana” ilə müqaviləsi 2029-cu ilin yayında sona çatacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Tevesin birlikdə oynadığı ən yaxşı futbolçu: nə Messi, nə də Ronaldo
Lionel Messinin karyerası ilə bağlı yeni iddialar
Bakıda FIFA U-15 dünya çempionatının qalibi müəyyənləşəcək
Dünya çempionatında Azərbaycanın üç güləşçisi məğlub olub
Arsenal Liqa Kubokunda zəif Fleetwood Town-a məğlub oldu
İsmail Kartal yenə istefa verdi
Çinli markalar Mbappe ilə əməkdaşlığı dayandırdı