Tevesin birlikdə oynadığı ən yaxşı futbolçu: nə Messi, nə də Ronaldo
Məşhur argentinalı futbolçu Karlos Teves karyerası ərzində birlikdə oynadığı ən yaxşı oyunçunun adını açıqlayıb. Publika.az xəbər verir ki, Teves, Rio Ferdinandla müsahibəsində öz seçimindən bəhs edib.
Teves bildirib ki, onun üçün ən yaxşı futbolçu Pol Skoulzdur. “Messi və Ronaldo? Xeyr. Mənim üçün bu, Skoulzdur. Məşqdə necə olduğunu xatırlayırsınız? Heç nə demir, heç nə demədi. Və sonra qol… Məşqdə həmişə ötürmə, ötürmə, ötürmə. Andrea Pirlo da ən yaxşısıdır,” – deyə o qeyd edib.
Qeyd edək ki, Pol Skoulz 2013-cü ildə karyerasını başa vurub. Yarımmüdafiəçi bütün karyerasını “Mançester Yunayted”də keçirib və “Qırmızı şeytanlar”la birlikdə on bir İngiltərə çempionluğu və iki Çempionlar Liqası titulunu qazanıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Messinin “Barsa”ya tövsiyə etdiyi istedad 4 nəhəngin hədəfində
Lionel Messinin karyerası ilə bağlı yeni iddialar
Bakıda FIFA U-15 dünya çempionatının qalibi müəyyənləşəcək
Dünya çempionatında Azərbaycanın üç güləşçisi məğlub olub
Arsenal Liqa Kubokunda zəif Fleetwood Town-a məğlub oldu
İsmail Kartal yenə istefa verdi
Çinli markalar Mbappe ilə əməkdaşlığı dayandırdı