Kadir İnanırın miras qalmaqalı: qardaşı oğlu itmiş saatları axtarır
Məşhur türk aktyoru Kadir İnanırın vəfatından sonra onun mirası ətrafında yaranan münaqişə davam edir. Oxu.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, aktyorun qardaşı oğlu Levent İnanır, Kadir İnanırın həyat yoldaşı olmuş Jülidə Kuralı sərt tənqid edib. O, bahalı saatların, qızıl üzüklərin və digər qiymətli əşyaların hara yoxa çıxdığı barədə açıqlama tələb edir.
Levent İnanırın sözlərinə görə, əmisi xəstəxanaya yerləşdirilməzdən əvvəl onunla bir neçə dəfə nahar edib və o, hər dəfə fərqli saatlar – “Patek Philippe” və qızıl “Rolex” taxıb. Həmçinin, Atatürkün tuğrası olan üzükləri də olub.
Qardaşı oğlu məhkəməyə müraciət etdikdən sonra vəkil və hakimlə birlikdə aktyorun evinə baxış keçirib, lakin zinət əşyaları tapılmayıb. Hətta evdəki seyfin də boş olduğu ortaya çıxıb.
Levent İnanır, həmçinin Kadir İnanırın dəfnindən sonra Jülidə Kuralın Bodruma getməsi ilə bağlı verdiyi izahata şübhə ilə yanaşıb. O, Kuralın evlilik təklifini rədd etdiyini də bildirib.
Bütün bu iddialara baxmayaraq, Levent Fatsadakı ailə torpaqlarının əmisi qızı Gül Bakara verilməsi qərarını müsbət qiymətləndirib və öz hüquqlarını qanuni yollarla müdafiə etməkdə qərarlı olduğunu vurğulayıb.
Qeyd edək ki, türk kinosunun ustad sənətkarı Kadir İnanır bu il iyunun 26-da müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
ƏLAQƏLİ
Niderlandda həkimdən şok əməl: 49 uşağın bioloji atası olduğu ortaya çıxdı
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mustafa Sarıgülün ailəsindəki qalmaqal: İntim videolar yayıldı
Niderlandda həkimdən şok əməl: 49 uşağın bioloji atası olduğu ortaya çıxdı
Rəşid Behbudovun sənəd irsi üzərində qalmaqal yaranıb
Roberto Karlos və digər futbolçular saxta diplom qalmaqalında
Epstein qalmaqalı: polis səhvləri və şahzadə Endryunun durumu
Bağçada psixotrop dərman qalmaqalı: direktor vəzifəsindən azad edildi
Səhiyyə Nazirliyində tender qalmaqalı: eyni şirkət 16 satınalma qazandı