İTV “Eurovison”a bu 3 nəfərdən birini göndərəcək
Bir neçə həftə sonra İctimai Televiziya “Eurovision- 2019” mahnı müsabiqəsində Azərbaycan təmsilçisini ictimaiyyətə təqdim edəcək. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, kanal onlarla namizəd arasında üç nəfər müəyyənləşdirib və seçim aparır.
Sözügedən şəxslərdən biri “Səs Azərbaycan müsabiqəsinin finalisti olan Samirə Əfəndidir. O, yarışmada iştirak edəcək favori namizəddir. Lakin Azərbaycan ard-arda xanım iştirakçıları “Eurovision”a göndərdiyi üçün bu dəfə əsas diqqət bəylərin üzərindədir.
İkinci namizəd isə “Səs Azərbaycan” proqramı ilə populyarlaşan, MTV –də yayımlanan “3 canlı” proqramının aparıcısı Tofiq Hacıyevdir.
Üçüncü ifaçı Fransanın TF1 telekanalında yayımlanan “The Voice 5” müsabiqəsinin iştirakçısı olmuş azərbaycanlı müğənni Araz Hümbətlidir.
İTV hələ üç iştirakçı arasında seçim aparır, qapalı keçirilən milli seçim turunun qalibini müəyyənləşdirməkdə çətinlik çəkir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Həmin gündən düz 47 il keçdi" - Fotolar
Rəşidə Behbudova ailə səadətini paylaşdı: İzləyicilər heyran qaldı
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü
Flora Kərimovanın nəvəsi evlənir: Xalq artistindən duyğusal təbrik
Fəxrəddin Manafovun həyat hekayəsi: Futboldan kinoya uzanan yol
Cahangir Novruzovun Nəsibə Neynalova ilə unudulmaz mübahisəsi