İtkin düşən, əsir və girov götürülən azərbaycanlıların sayı açıqlandı – Rəsmi
1988-1994-cü illər ərzində 3875 nəfər Azərbaycan vətəndaşı itkin düşmüşdür ki, onların da 67 nəfərini uşaqlar təşkil edir. Əsir və ya girov götürülməsi faktı tərəfimizdən müəyyənləşdirilmiş 871 nəfərin isə 29 nəfəri uşaqlar olublar.
Bu barədə bizimyol.info-ya Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sorğusuna cavabda bildirilib.
“Qeyd etmək istərdik ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş bütün vətəndaşlarımızın axtarışı istiqamətində tədbirlər görülür. Bu məqsədlə, Xarici İşlər Nazirliyi vasitəsi ilə müxtəlif beynəlxalq təşkilatlarla, o cümlədən, Dağlıq Qarabağ münaqişəsi bölgəsində əsir və girovların azad edilməsi, itkin düşmüş şəxslərin axtarışı üzrə beynəlxalq işçi qrupu (BİQ), Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əməkdaşlıq çərçivəsində iş aparılır. Eyni zamanda, bu sahədə fəaliyyət göstərən və qərargahı Niderland Krallığının Haaqa şəhərində yerləşən İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya ilə əməkdaşlıq məsələləri araşdırılır”,-deyə Dövlət Komissiyasından bildirilib.
Xatırladaq ki, 1988-ci ildən başlayaraq Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı irəli sürdüyü ərazi iddialarına əsaslanan Qarabağ münaqişəsinin davamı olub. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəslə başa çatıb. İxtilafın nəticəsində 30.000 yaxın insan həlak olmuş, Azərbaycanın Dağlıq Qarabağ ərazisi və ətrafında yerləşən 7 inzibati rayonu Ermənistan silahlı qüvvələrinin işğalına məruz qalıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda piyada keçidində ağır qəza - Qadın nəvəsi ilə öldü
Azərbaycanlı tarixçi alim Putinin səhvini tutdu
Sabahın hava proqnozu
Sumqayıtda DƏHŞƏTLİ ailə faciəsi: 6 nəfər boğularaq öldü
XİN-dən Xocavənd “sazişi”nin ləğvi ilə bağlı bəyanat
Nazirliyin keçmiş institut direktoru barəsində cinayət işi başlanılıb
Parlamentdə “erotika” söhbəti