İsveçin XİN başçısı: “PKK-ya dəstəyimizdən sonra Türkiyə ilə NATO barədə danışıqlar çətinləşib"
İsveçin xarici işlər naziri Ann Linde ölkəsinin Sol Partiyasını təmsil edən bəzi deputatların terrorçu PKK-nın bayraqları ilə fotolar çəkdirməsindən sonra Türkiyə ilə NATO-ya üzvlük danışıqlarının çətinləşdiyini bildirib.
Bu barədə “Report” “Aftonbladet” qəzetinə istinadən xəbər verir.
“Sol Partiya deputatlarının terror təşkilatı PKK-nın bayrağını dalğalandırmasından sonra Türkiyə ilə NATO-ya üzvlük danışıqları çətinləşdi”, – nazir deyib.
“Türkiyə mediası bu və buna bənzər hadisələri davamlı olaraq gündəmə gətirir. İsveç qanunlarına əsasən deyirik ki, bu, ifadə azadlığıdır. Amma düşünürük ki, bu, hökumət üçün çox yersiz bir vəziyyətdir”, – Ann Linde vurğulayıb.
“İclas əvvəlcə İsveçdə olmalı idi, bəzi səbəblərə görə Finlandiyaya köçürüldü. Terrorizmlə mübarizədə daha sıx əməkdaşlıqla bağlı olan sazişin həyata keçirilməsi istiqamətində görülən işlərə nəzər salınıb”, – “Türkiyə, Finlandiya və İsveçin imzaladığı razılaşma çərçivəsində avqustun 26-da Finlandiyanın Vantaa şəhərində keçirilən Daimi Ortaq Mexanizmin ilk iclasını dəyərləndirən Linde deyib.
Qeyd edək ki, Sol Partiyanın deputatları Daniel Riazat, Momodou Malkom Callou və Lorena Delqado Varas daha əvvəl Visbi şəhərində terror təşkilatı YPG/PKK-nı simvolizə edən bayraqlarla şəkil çəkdirərək sosial şəbəkədə paylaşıblar.
Bundan sonra Baş nazir Maqdalena Andersson, terror təşkilatını simvolizə edən parçalarla poz verən Sol Partiya deputatlarını qınayıb. Baş nazir 11 sentyabrda keçiriləcək ümumi seçkilərdən sonra terror təşkilatı PKK-nın bayrağını dalğalandıran Sol Partiya ilə müttəfiqliyi planlaşdırmadıqlarını bildirib. O, seçkidən sonra qurulacaq hökumətə toxunaraq Sol Partiya ilə əməkdaşlıq etməyəcəklərini vurğulayıb. “Terror təşkilatı bayrağının dalğalanması hökumətin xeyrinə deyil”, – Baş nazir hələ bir neçə gün əvvəl belə bir xəbərdarlıqla çıxış edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nyu-Yorkda fövqəladə vəziyyət elan olundu
Toy gününün səhəri arvadını öldürən bəy: Dostlarımla...
Portuqaliya lideri Trampı özünə tərəf çəkib, silkələdi - VİDEO
Adnan Oktarın villasına basqın anı - Video
Ötən il dünyada 1,3 milyon insan vərəmdən ölüb
Yer kürəsinin ən varlı qadınının adı bəlli oldu