İsveçdə qətlə yetirilən soydaşımızın nəşi Azərbaycana gətiriləcək

Diasporla İş üzrə Dövlət Komitəsi 43 yaşlı azərbaycanlı Ramil Mahmudovun yaşadığı İsveç Krallığının paytaxtı Stokholm şəhərində naməlum şəxslər tərəfindən qətlə yetirilməsi ilə bağlı məsələni nəzarətə götürüb.
Minval.info xəbər verir ki, Dövlət Komitəsi mərhumun ailəsinə cənazənin Azərbaycana gətirilməsi üçün dəstək göstərəcəyini bildirib.
“Komitəyə minnətdarlığını bildirən ailə üzvləri cənazənin Azərbaycana gətirilmə xərclərinin mərhumun sürücü kimi çalışdığı yükdaşıma şirkəti tərəfindən ödəniləcəyini bildirib.
Məsələ Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinin diqqətindədir və mərhumun ailəsinə istənilən an lazım olan köməklik göstəriləcək.
Hadisə ilə bağlı cinayət işinin obyektiv şəkildə araşdırılacağına inanırıq”, – komitənin yaydığı məlumatda deyilir.
Qeyd edək ki, oktyabrın 12-də İsveçin Stokholm şəhərində yaşayan və işləyən həmyerlimiz Ramil Mahmudov qətlə yetirilib. Ramil axşam saatlarında evindən şəhərə çıxıb və bu zaman iki nəfər velosipedli şəxs ona yaxınlaşaraq avtomatla güllələyiblər. Ramil öldürülərkən onun yanında 15-16 yaşlarında bir uşaq olub. Həmin azyaşlıya da üç güllə dəyib, o, hazırda xəstəxanadadır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda həkim 20 manat rüşvətə görə işdən qovuldu - ANBAAN VİDEO
Sumqayıtda yaşayış binasında yanğın: 5 nəfər xilas edildi
"Ucuz market"dən məhsul alan müştəri ŞOKA DÜŞDÜ (FOTOLAR)
Sabirabadda avtomobil aşdı: ölən var
Azərbaycanda mikroavtobus aşıb, xəsarət alanlar var
Sumqayıtda kişi öz qanını tökdü
"Real Hospital"da bir ay içərisində ikinci ölüm hadisəsi olub