Keçmiş nazir zavod tikdirir? - Özündən AÇIQLAMA
“Sabiq ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Salyan rayonunda 2 zavod inşa etdirir.”
İddiaya görə, Hüseyn Bağırov rayonun Xıdırlı kəndində Zeytun Yağı Emalı zavodu və Quru meyvələr hazırlanması üçün müəssisə tikdirir.
Məsələ ilə bağlı açıqlama verən Salyan Rayonu Xıdırlı kənd icra nümayəndəsi Elçin Nəzirov keçmiş nazirin müəssisə tikdirməsini təsdiqləyib:
“Mən özüm də Hüseynqulu müəllimi görmüşəm. Özü işlərin gedişi və tikinti işləri ilə şəxsən maraqlanır. 2 zavod tikilib. Bunlar Zeytun yağı emalı və Meyvə qurusu zavodlarıdır. Hazırda Zeytun yağı emalı zavodunun inşası prosesi yekunlaşır. Təxminən iyun ayının əvvəli açılışı olmalıdır. 4 saylı yaşıllaşdırma idarəsinin saldığı zeytun ağaclarının meyvələrindən zavodda istifadə ediləcək. Həmin bu ekologiya idarəsinin əkdiyi ağacların zeytunları əvvəllər Hövsan qəsəbəsinə göndərilirdi. İndi bura veriləcək və burada zeytun yağı emal olunacaq”, – deyə E. Nəzirov bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya Almaniya konsulluğunu bağlayır: Gərginlik artır
Kompensasiya təklifi: 90 min yox, 180 min!
AfD Almaniyada seçkilərdə tarixi zəfər qazandı
Üç övladlı ailələrə 420 manat müjdə!
Paşinyan: Baş nazir olduğum günə lənət olsun
Mariya Zaxarovanın mahnısı dinləyicilərlə görüşdü
Merts Almaniyada etirazçıların hədəfində: "Rədd ol!" şüarı