İntihara cəhd edən jurnalist yazdı: "Bataqlıqdan çıxacam"
Srağagün gecə düşdüyü depressiya səbəbindən intihara cəhd edən tanınmış jurnalist Səbuhi Məmmədli artıq özünə gəlib və sosial şəbəkədəki səhifəsində status yazıb.
“Çox, həddən artıq gərgin idim. Neəetdiyimin fərqində deyildim. Hə, mən bataqlığa yuvarlanmışam. Və mən bu bataqlıqdan çıxacağam. Hər şeyi – adamları, işimi, adımı, sağlamlığımı qaytaracağam… Mən bu bataqlıqdan çıxıb hamınız üçün sizin arzuladığınız Səbuhi olacağam.
Bu həyat bizə bir dəfə verilir. Heç Allah da verməyib, tam təsadüfən verilib. Düşün ki, kainatın heç bir yerində heç vaxt Səbuhi olmayıb və bundan sonra da olmayacaq. Bu şans milyardda bir sənə verilib. Niyə bunu sona qədər bacardıqca çox yaşamayasan! Mən şəxsən belə düşünürəm… Və mən yaşayacağam. Çünki bunun üçün kifayət qədər səbəblərim var… Hamınızı sevirəm…”
Qeyd edək ki, jurnalist son dönəmlərdə peşə karyerasında və şəxsi həyatında üzləşdiyi problemlərə görə pessimizmə yuvarlanıb. Dostları, həmkarları onu bu durumdan xilas etmək üçün psixoloji yardımlar göstərirlər.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Arzumun azadlığa buraxılması cəmiyyəti iki yerə böldü – Səbəb
Nigar Fərhad haradadır?
"Arzum"un işində barışıq baş tutmayıb: Mərhumun anası razılıq vermir
"Arzum" bu şərtlərlə azadlığa çıxdı
VACİB“Arzum”un qərardan sonra halı pisləşdi, ürəyi getdi
Vaqif Əsədov jurnalistləri təbrik etdi