İntihar edən abituriyentlə bağlı YENİ XƏBƏR
Bu gün səhər saatlarında özünü Yeni Günəşli qəsəbəsi, V massivindəki 5-ci binanın 9-cu mərtəbəsindən ataraq intihar edən Şəbnəm Rzayeva abituriyent imiş və Azərbaycan Tibb Universitetinə hazırlaşırmış.
Lent.az xəbər verir ki, bina sakinlərinin sözlərinə görə, 17 yaşlı Şəbnəm Rzayeva sonuncu qəbul imtahanında 580-dən çox bal toplayıbmış. O, özünü yaşadığı 7-ci binadan deyil, yaxınlıqdakı 5-ci binadan atıb.
Şahidlər deyib ki, Şəbnəm Rzayeva intihar edərkən sağ olub. Hətta təcili tıbbi yardım maşını gələndə də canını tapşırmayıbmış.
Onun rəfiqəsinin anası deyib ki, Şəbnəm ailədə 3 uşaqdan sonbeşiyi olub: “Ailədə bir qardaş, iki bacıdırlar. Gülərüz və həlim qız idi, hətta son günlərə qədər də depressiyada olmayıb. İlk imtahanda 530 bal toplamışdı, sonuncu imtahanda isə nəticələri bir az da yaxşılaşmışdı, 580 idi”.
Qeyd edək ki, Ş. Rzayeva 278 saylı məktəbin məzunudur. Onun atası hazırda Rusiyadadır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Bu virus hər kəsdə var…” - Baş epidemioloq
Adnan Oktar türmədəki adamlarının hesabına pul köçürdür - SƏBƏB
Mərkəzi Bankın Elman Rüstəmov dövrünü necə xatırlayacağıq?
Bu gün karantini pozan 900 nəfər cərimələndi
Karantin rejiminin pozulmaması üçün daha hansı tədbirlər görülsün