15.08.2026 - 21:53
Lent
157 baxış
İndoneziyada 6 bal gücündə zəlzələ: Sunami təhlükəsi yoxdur, tələfat barədə məlumat yoxdur
İndoneziya sahillərində 6 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Sulavesi adasında yerləşən Palu şəhərindən 128 kilometr şimalda, 35 kilometr dərinlikdə qeydə alınıb.
Minval.info xəbər verir ki, hadisə nəticəsində tələfat və ya dağıntı barədə hələlik məlumat daxil olmayıb. Sunami təhlükəsi də elan edilməyib.
İndoneziya, Sakit okean və Cənub-Şərqi Asiya arasında yerləşən və yüksək seysmik aktivliyə malik olan “Atəş halqası” üzərində yerləşir. Ölkə tarixində 2004-cü ildə Sumatra sahillərində baş verən 9,1 bal gücündə zəlzələ, 2018-ci ildə Lombok adasında və Sulavesidə baş verən zəlzələlər böyük dağıntılara və çoxsaylı insan tələfatına səbəb olmuşdur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Murat Bozun jesti sosial şəbəkələrdə müzakirə yaradıb
20.11.2026 - 11:34
Kartof püresi zərərli deyilmiş: Dietoloq faydalarını açıqladı
13.11.2026 - 16:44
90 mindən çox müəllimə əməkhaqqı artımı tətbiq edilib
13.11.2026 - 13:25
Müəllimlər üçün daha bir qadağa imzalandı
13.11.2026 - 12:42
Yol çəkmək istəyirdilər, 22 min kisə xəzinə tapdılar
07.11.2026 - 11:14
12–13 yaşlı narkotik istifadəçiləri var, amma valideynləri qeydiyyata almır
05.11.2026 - 11:14
BŞTİ müəllimlər üçün işə qəbul elan etdi
02.11.2026 - 11:24
Ədəbiyyatşünas Qurban Bayramov dünyasını dəyişib
02.11.2026 - 10:24