Azərbaycanlıların avtomobil seçimi dəyişir: hansı markalara maraq artır?
Avtomobil bazarında alıcıların seçimləri dəyişir. Çin markalarına maraq artır, yerli istehsal avtomobillərinin mövqeyi güclənir. İkinci əl bazarında isə mühərrik gücü əsasən 1.6 litr olan avtomobillərə tələb qalır.
Baku.ws-ın yazdığına görə, Azərbaycan avtomobil bazarında median qiymət artsa da, bu, real bahalaşmadan deyil, satışa çıxarılan avtomobillərin tərkibinin dəyişməsindən qaynaqlanır. Azərbaycan Qiymətləndiricilər Palatasının məlumatına görə, bu ilin oktyabr ayında avtomobillərin median qiyməti 3.7 faiz artaraq 19 500 manata çatıb. Lakin eyni dövrdə sabit struktur indeksi cəmi 0.4 faiz yüksəlib, sentyabr və oktyabr aylarında satışda qalan avtomobillərin orta qiyməti isə 1.5 faiz azalıb. Oktyabrda avtomobil elanlarının sayı 7 faiz azalaraq 37 531-ə düşüb.
Çin avtomobilləri bazarda liderliyə doğru
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyevin sözlərinə görə, son 10 ayın göstəricilərinə əsasən, bazarda birinci və ikinci yerləri Çin markaları tutur. Üçüncü yerdə Yaponiya, dördüncü yerdə Koreya markaları, beşinci yerdə isə yerli istehsal avtomobilləri qərarlaşıb. Çin markalarından “Changan” və BYD bu baxımdan diqqət çəkir.
Ekspertlər bildirirlər ki, alıcılar əsasən köhnə avtomobillərini sataraq onları daha yeni, innovativ və qənaətcil nəqliyyat vasitələri ilə əvəzləməyə çalışırlar. Bu səbəbdən elan saytlarında köhnə, mühərrik həcmi böyük olan avtomobillərin kütləvi şəkildə satışa çıxarıldığını görmək mümkündür.
Avtomobil bazarı üzrə ekspert Sərxan Qədirov qeyd edir ki, hazırda bazarda alqı-satqı əvvəlki dövrlə müqayisədə o qədər də intensiv deyil. Lakin Çin avtomobillərinə tələbat var. Alıcıların büdcələrinə qənaət etmək məqsədilə ikinci əl hibrid avtomobillər alması da müşahidə olunur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması rəqabəti artırır
Avropa İttifaqı və İndoneziya arasında azad ticarət müqaviləsi imzalandı
AB texnologiya nəhənglərinə vergi tətbiq etməyi planlaşdırır
PAŞA Holding COP-da iştirakının əhəmiyyətini açıqlayır
Lufthansa maliyyə itkiləri səbəbindən min işçini ixtisar edir
Bakıda söküntülər başlayır: torpaq və həyət evləri bahalaşacaq