Miçotakisin GTA 6 paylaşımı Yunanıstanda müxalifəti qəzəbləndirdi
Yunanıstanın Baş naziri Kiryakos Miçotakis, sosial media üzərindən etdiyi paylaşım ilə müxalifətin və medianın ciddi tənqidlərinə məruz qalıb. Grand Theft Auto VI (GTA 6) video oyununu Noel hədiyyəsi olaraq təklif edən Miçotakis, TikTok hesabında yayımladığı videoda gənclərə müraciət edərək, “Hansınız nənə və babanızdan Noel hədiyyəsi olaraq GTA 6 istəyəcək?” sualını ünvanlayıb.
Minval.info xəbər verir ki, Miçotakis, paylaşımında “Hamımız bilirik ki, nənə və babalar nəvələrinə nadir hallarda yox deyirlər” ifadələrini işlədib. Bu video, hökumətin gələn il keçiriləcək seçkilər öncəsi emekli vətəndaşlara təqdim etdiyi 400 avroluq bonusu tanıtmaq məqsədilə hazırlandığı bildirilir.
Müxalifət və media bu paylaşımı sərt tənqid edib. Müxalif sosialist Pasok partiyası, “Baş nazir, sırf trendlərə uyğun olmaq üçün yetkinlik yaşına çatmayanlara qadağan edilmiş bir video oyununu ‘tanıdır'” açıqlaması ilə narazılığını ifadə edib. Sol görüşlü Efsyn qəzeti bu hərəkəti “gaf” adlandırarkən, mühafizəkar Dimokratia qəzeti isə bunu “traji-komik” bir səhv kimi qiymətləndirib.
ƏLAQƏLİ
İsrailin Vaşinqton səfiri: ABŞ əsgərləri İran məğlub olduqdan sonra evlərinə dönə bilər
Miçotakis hökuməti, eyni zamanda, gənclərin sosial media istifadəsinə məhdudiyyətlər tətbiq edən ölkələr sırasına qoşulmuşdu.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya Ukraynada yüksəkvəzifəli rəsmilərin toplantı yerini vurdu
İsrail ordusu cənubi Livan şəhərlərinə hücumları yeniləyib
Qəzzədə humanitar böhran: insanlar çadırlarda boğulur
Zelenski Putini "qatil" adlandırır, Tramp isə dost kimi görür
ÜƏP gələn il 91 milyon insana yardım edəcək