21.11.2026 - 16:54
İsrailin Vaşinqton səfiri: ABŞ əsgərləri İran məğlub olduqdan sonra evlərinə dönə bilər
Dünya 367 baxış

İsrailin Vaşinqton səfiri: ABŞ əsgərləri İran məğlub olduqdan sonra evlərinə dönə bilər

İsrailin Vaşinqtonda fəaliyyət göstərən səfiri Yexiel Leiter, ABŞ Prezidenti Donald Trampın İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlama qərarını alması halında, İsrailin bu əməliyyatlara qatılacağını bildirdi. Leiter, ABŞ əsgərlərinin yalnız İran məğlub edildikdən sonra ailələrinin yanına dönə biləcəyini qeyd etdi.

Minval.info xəbər verir ki, Newsmax televiziyasına müsahibə verən səfir Leiter, ABŞ-ın İrana qarşı atacağı mümkün hərbi addımlar barədə fikirlərini bölüşüb. O, hücum qərarının Trampa aid olduğunu vurğulayıb və “Amerikalı əsgərlər, ailələrinin yanına İran məğlub edildikdə dönə bilər” ifadəsini işlədib.

Leiter, İranın “Yəhudi-Xristian Qərb mədəniyyətinə” qarşı olduğunu iddia edərək, Tehranın devrilməsinin zəruriliyini bəyan edib. O, İranın İsrail üçün mövcud təhdid təşkil etdiyini və kütləvi qırğın silahlarına sahib olduğu təqdirdə İsraili hədəf alacağını bildirib.

Leiter əlavə edib ki, İran məğlub edildikdən sonra Sovet İttifaqının çökməsinə bənzər şəkildə İran rejiminin də çökəcəyini gözləyir.

İran Xarici İşlər naziri Abbas Əraqçi isə İsrail səfirinin bu açıqlamalarına etiraz edib. O, ABŞ mərkəzli X şirkətinin sosial media platformasında “İsrailin Vaşinqton səfirinin ABŞ Silahlı Qüvvələrinin Baş Komandanı olduğunu bilmirdik” ifadəsini paylaşıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: