20.11.2026 - 11:34
Murat Bozun jesti sosial şəbəkələrdə müzakirə yaradıb
Lent 216 baxış

Murat Bozun jesti sosial şəbəkələrdə müzakirə yaradıb

Məşhur müğənni Murat Bozun son jesti geniş maraq doğurub. Baku.ws-ın məlumatına görə, ötən ay İstanbulda baş verən güclü sel fəlakəti zamanı onu və komandasını xilas edən dalğıc polisləri ziyarət edib.

Murat Boz, İstanbul Dəniz Limanı Şöbə Müdirliyinə gedərək, xilasedici polislərə şəxsən təşəkkür edib. Bu jesti ilə müğənni, fəlakət zamanı göstərilən yardımı unudulmaz etdi.

Xatırladaq ki, oktyabrın 14-də İstanbulda yağan güclü yağışlar Sarıyer rayonunun Ayazağa səmtində yerləşən “Phoenix” studiyasını su basmasına səbəb olmuşdu. Hadisə nəticəsində Murat Boz və aktrisa Demet Özdemirin də aralarında olduğu 200-dən çox insan binada köməksiz vəziyyətdə qalmışdı. Xilasedicilər, vətəndaşları qayıqlarla təxliyə etmişdilər.

Murat Boz, minnətdarlığını “Yaxşı ki, varsınız” sözləri ilə ifadə edib. İfaçının bu jesti sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub və müsbət rəylər alıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: