21.11.2026 - 16:14
İraqda qaz kəmərində partlayış: Dörd nəfər öldü, çox sayda yaralı var
Hadisə 304 baxış

İraqda qaz kəmərində partlayış: Dörd nəfər öldü, çox sayda yaralı var

Baku.ws-ın məlumatına görə, İraqın cənubunda yerləşən Bəsrə əyalətində elektrik stansiyasını qazla təmin edən kəmərdə baş verən partlayış nəticəsində dörd nəfər həyatını itirib, təxminən 35 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu barədə əyalət qubernatorunun müavini Mahir əl-Amiri açıqlama verib. O bildirib ki, hadisə səhər saatlarında baş verib və qəzanın səbəblərini araşdırmaq məqsədilə xüsusi istintaq komissiyası yaradılıb.

İraqın elektrik enerjisi naziri Əli Vahib, hadisə ilə əlaqədar təcili iclas çağıraraq, elektrik stansiyasında yaranmış zərərin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görülməsinə dair göstəriş verib.

Nazir təhlükəsizlik qaydalarının gücləndirilməsinə, qəzanın səbəblərinin aydınlaşdırılmasına və enerji sisteminin fasiləsiz fəaliyyətinin təmin olunmasına çağırış edib, vətəndaşların və işçilərin təhlükəsizliyinin ən vacib məsələ olduğunu vurğulayıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: