21.11.2026 - 17:34
Bakıda istilik problemi: magistral xətdə axıntı, binada ventil oğurluğu
Hadisə 438 baxış

Bakıda istilik problemi: magistral xətdə axıntı, binada ventil oğurluğu

Noyabrın 15-dən etibarən Bakıda rəsmi olaraq payız-qış istilik mövsümü başlasa da, bəzi ərazilərdə hələ də istilik ilə bağlı problemlər yaşanır. Baku.ws-ın məlumatına görə, şəhərin müxtəlif yerlərindən istiliklə bağlı şikayətlər daxil olub.

Bakı şəhəri, 4-cü mikrorayon, Cavadxan küçəsi, 68 ünvanında yaşayan sakinlər istilik sisteminin işə düşmədiyini bildirirlər. Onların sözlərinə görə, aidiyyəti qurumlara müraciət edilsə də, hələ də hər hansı bir nəticə əldə olunmayıb.

“Azəristiliktəchizat” ASC-nin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Elvin Basqallı bu məsələ ilə bağlı açıqlama verərək, sözügedən ünvanda magistral xətdə axıntı olduğunu və problemin qısa müddət ərzində həll ediləcəyini bildirib.

Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsi, 22 ünvanında yerləşən binada da istilik problemi mövcuddur. Elvin Basqallının məlumatına görə, bu binada istiliyin olmamasının səbəbi ventillərin oğurlanmasıdır. İstiliyin bazar ertəsindən etibarən bərpa ediləcəyi gözlənilir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: