İmişlidə maşın aşdı, sürücü huşunu itirdi - Video
İmişlidə bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə bu gün saat 11:00 radələrində Ağsu-Kürdəmir-Bəhramtəpə avtomobil yolunun Şahverdili kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, İmişli sakini 1982-ci il təvəllüdlü Əliyev Elvin Əyyub oğlu “Vaz 2107” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib, avtomobil yoldan çıxaraq aşıb. Sürücü qəzanın təsirindən şoka düşərək huşunu itirib. Hadisə yerinə təcili təxirə salınmaz tibbi yardım stansiyasının İmişli regional məntəqəsinin əməkdaşları cəlb olunub.Yaralı İmişli rayon xəstəxanasına yerləşdirilib, ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiyada azərbaycanlı gənc yanan evin sakinini xilas edib - FOTO
Salyanda kanala aşan “07”nin sərnişini xəsarət aldı
Sevgilisindən ayrılan qız rəfiqəsinin evində özünü asdı — TƏFƏRRÜAT
İŞİD-ə 30 min pul göndərən azərbaycanlı HƏBS EDİLDİ
Abşeronda avtomobil 36 yaşlı piyadanı vurub
Astarada baş vermiş faciəvi hadisənin dəhşətli detalları məlum oldu - FOTO
Qulaqlıqla yatan oğlanı cərəyan vurdu, öldü