İmişlidə baş verən qəzada 2 nəfər ölüb, 1 nəfər yaralanıb

İmişlidə motosiklet və minik maşını toqquşub. Hadisə nəticəsində 2 nəfər ölüb, 1nəfər xəsarət alıb.
Minval.info-nun məlumatına görə, AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə ötən gün saat 21 radələrində İmişli-Cəfərli-Əliqulular avtomobil yolunun Cəfərli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Əliqulular kənd sakini Əhmədov Teymur Kamran oğlunun idarə etdiyi 30-BG-015 dövlət nömrə nişanlı “VAZ 21015” markalı minik maşını və Əliqulular kənd sakini 1987-ci il təvəllüdlü Şiraslanov Zamin Bəhlul oğlunun idarə etdiyi motosiklet toqquşub. Hadisə zamanı motosikletdə olan sərnişin, Əliqulular kənd sakini 1989-cu il təvəllüdlü Şiraslanov Kamil Zülfü oğlu hadisə yerində ölüb. Motosikletin sürücüsü və digər sərnişin Əliqulular kənd sakini 2007-ci il təvəllüdlü Musayev Elbay Xasay oğlu yaralı vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Motosikletin sürücüsü Şiraslanov Zamin Bəhlul oğlunun aldığı xəsarətlər ağır olduğu üçün onun həyatını xilas etmək mümkün olmayıb və o, xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır


