İlham Əliyev Yavər Camalovun vəfatı ilə bağlı başsağlığı verdi
Müdafiə sənayesi naziri Yavər Camalov 2018-ci il iyunun 23-də ömrünün 69-cu ilində vəfat edib.
Azərbaycan prezidenti İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva, dövlət və hökumət rəsmiləri Y. Camalovun vəfatı ilə əlaqədar başsağlığı verib.
Nekroloqda bildirilir ki, Y. Camalov 1949-cu il oktyabr ayının 17-də Sabirabad rayonunda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1967–1972-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun neft-mədən fakültəsində neft və qaz yataqlarının işlənməsi texnologiyası və kompleks mexanikləşdirilməsi ixtisası üzrə ali təhsil alıb. Əmək fəaliyyətinə 1972-ci ildə “Siyəzənneft” Neft və Qaz Çıxarma İdarəsində operator kimi başlayan Yavər Camalov 1973–1995-ci illərdə “Şirvanneft” Neft və Qaz Çıxarma İdarəsində neft-qaz çıxarma üzrə mühəndis, böyük mühəndis, növbə rəisi, texnologiya üzrə rəis müavini və rəis vəzifələrində çalışıb. O, 1995–2003-cü illərdə ARDNŞ-in “Quruda Neft və Qaz Çıxarma” İstehsalat Birliyinin, 2003–2006-cı illərdə isə “Azneft” İstehsalat Birliyinin baş direktoru olub. 2006-cı ildən ömrünün sonunadək Y. Camalov müdafiə sənayesi naziri vəzifəsində işləyib. Y. Camalov tutduğu vəzifələrdən asılı olmayaraq çalışdığı bütün sahələrdə daim işgüzarlıq, peşəkarlıq və təşkilatçılıq qabiliyyəti nümayiş etdirib. Yüksək tələbkarlığı, dərin məsuliyyət hissi və dövlətçilik prinsiplərinə sadiqliyi ona böyük hörmət qazandırıb. O, uzun illər boyu Azərbaycanın neft sənayesinin inkişafı naminə bilik və bacarığını əsirgəmədən, var gücünü sərf edərək ölkə iqtisadiyyatının yüksəlişinə töhfələr verib.
İlham Əliyev
Mehriban Əliyeva
Novruz Məmmədov
Oqtay Əsədov
Ramiz Mehdiyev
Hacıbala Abutalıbov
Əli Əsədov
Akif Əlizadə
Zakir Həsənov
Ramil Usubov
Elçin Quliyev
Rövnəq Abdullayev
Xoşbəxt Yusifzadə
Yəhya Musayev
Tofiq Rəfiyev
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zelenski ABŞ-yə səfərə hazırlaşır
Tramp İrana sərt xəbərdarlıq etdi
Özgür Özəl 400 min üzvü arxasınca apardı - İLGİNC DETALLAR
Ermənistanda fermerlər üsyana qalxdı – Paşinyanı axtarırlar
Moskvadan Bakıya “media atəşkəsi” təklifi
Lavrov xəstəxanaya YERLƏŞDİRİLDİ
Rusiya İstanbul danışıqlarında İŞTİRAK EDƏCƏK?