07.05.2018 - 17:32
Siyasət 1 baxış

İlham Əliyev Putinə zəng edib

Mayın 7-də prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.

Minval.info xəbər verir ki, dövlət başçısı Vladimir Putini Rusiya Federasiyasının Prezidenti vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib, ona Rusiya xalqının firavanlığı naminə fəaliyyətində yeni uğurlar arzulayıb. Dövlət başçısı, eyni zamanda, Rusiya Prezidentinə qarşıdan gələn 9 May – Qələbə günü münasibətilə də təbriklərini çatdırıb.

Prezident Vladimir Putin təbrikə və göstərilən diqqətə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib və öz növbəsində dövlət başçısını qarşıdan gələn 9 May – Qələbə günü münasibətilə təbrik edib.

Söhbət zamanı dövlət başçıları Azərbaycan-Rusiya strateji tərəfdaşlıq əlaqələrinin uğurlu inkişafını qeyd edib, ikitərəfli münasibətlərimizin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Minval.info

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: