İki kənddə toy edənlər cərimələndi FOTO

Qəbələdə toy mərasimlərində karantin qaydalarının pozulması halları aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Minval.info-ya verilən məlumata görə, rayonun Bum qəsəbəsində Azad Qəribova məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində keçirilən toy mərasimində 150 nəfərdən artıq qonağın iştirak etdiyi və onlardan otuzunun COVID-19 pasportu olmadığı müəyyən edilib.
Aparılan yoxlamalar zamanı Yenikənd kəndində də Arzu Soltanova məxsus ünvanda təşkil edilən toy mərasimində analoji qayda pozuntularına rast gəlinib. Belə ki, mərasimdə 180 qonağın iştirak etdiyi və onlardan 28-nin COVID-19 pasportu olmadığı aşkar edilib.
Qayda pozuntuları ilə əlaqədar toy sahibləri inzibati məsuliyyətə cəlb olunub və hər biri 300 manat məbləğində cərimələnib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır