Husilərdən Səudiyyə hərbi bazasına raket hücumu
Husilər Səudiyyə Ərəbistanının cənubunda yerləşən hərbi bazaya pilotsuz uçuş aparatları və raketlərlə hücum etdiklərini açıqlayıblar. Hücumun Şərurə hərbi bazasına yönəldiyi bildirilib. Minval.info xəbər verir ki, hərəkatın hərbi sözçüsü Yəhya Səri bu hücumun silah anbarları, komandanlıq və idarəetmə mərkəzlərini hədəfə aldığını bildirib. Hücumun dəqiq vaxtı açıqlanmasa da, husilər son bir həftə ərzində Yəmənin Qırmızı dəniz sahilində və strateji adalarda mövqelərini gücləndirdiklərini qeyd ediblər. Qırmızı dənizin cənub girişində yerləşən Bab əl-Məndəb boğazı tərəflər arasında gərginliyin əsas nöqtələrindən biri olaraq qalır. Hərəkatın son açıqlamasında Səudiyyə Ərəbistanının son 48 saat ərzində onların nəzarətində olan ərazilərə 129 hava zərbəsi endirdiyi iddia olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ qırıcıları 32 il sonra Rusiya təhdidinə görə Aleut adasına qayıtdı
Bəzi hərbçilər cərimə və ya həbs edilə bilər
Zabitlərin hərbi rütbəsi ilə bağlı yenilik
İranla müharibə ABŞ-a milyardlarla başa gəlib
Ərəb Koalisiyası: Səudiyyə Ərəbistanına atılan raketlər məhv edildi
Bölgədə ikinci savaş dalğası: Tunellər qazılır, qüvvələr artır