Hindistanda 45 uşaq denq qızdırmasından ölüb

Hindistanın Uttar-Pradeş ştatında son 10 gündə denq qızdırmasından azı 53 nəfər dünyasını dəyişib.
Minval.info xəbər verir ki, bu barədə məlumatı “NDTV” yayıb.
Məlumata əsasən, ştatın Firuzabad bölgəsində ölənlərin 45-i uşaqladır.
Həmçinin qeyd olunur ki, uşaqların əksəriyyəti viruslu qızdırma xəstəliyindən əziyyət çəkir. Bununla belə, onların bəzilərində denq qızdırması aşkar olunub. Hazırda bununla əlaqədar olaraq, xəstəxanada 186 nəfər müalicə alır. Bu şəxslərin də əksəriyyətini uşaqlar təşkil edir.
Qeyd edək ki, ştatda sözügedən bu xəstəliyin yayılması səbəbindən sentyabrın 6-na qədər dövlət və özəl məktəblərdə 1-ci sinifdən 8-ci sinifə qədər dərslər dayandırılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır