“Heçkimlə düşmənçiliyim yoxdur, qızıllarım tapılsın” - Evindən zinət əşyaları oğrurlanan qadın – VİDEO
Tovuzda mənzil qarət olunub. Evdən xeyli miqdarda qızıl zinət əşyası oğurlanıb. Zərərçəkən polisə müraciət etsə də cinayətin üstünün açılmamasından narahatdır.
ARB TV xəbər verir ki, Tovuz rayonunun Düz Qırıqlı kənd sakini Sənubər İmamquliyevanın yaşadığı mənzildən oğurluq olub.
Hadisədən əvvəl özünə və ailə üzvlərinə məxsus qızıl zinət əşyalarını otaqdakı yataq dəstinin altına qoyub. Bir neçə gün sonra qadın qızılları qoyduğu yerdə tapmayıb. Gözlərinə inanmayan zərərçəkən hadisə barədə polisi məlumatlandırıb.
Sənubər İmamquliyeva – Zərərçəkən: “5 üzükdür. İkisi mənə aiddir. Biri qalın digəri göy qaşlı komplekt üzüklərdir. Qızımın boyunbağı, bir bilərzik, klonu bir də üzüyü olub. Birdə balacanın tross boyunbağı və üzüyü, oğluma aid klon olub”.
Zərərçəkən iddia edir ki oğurlanan qızıl zinət əşyalarının dəyəri bir xeyli yüksək olub. Ailə onlara mənəvi və maddi ziyan vuran şəxsin tapılmasında israrlıdır.
Sənubər İmamquliyeva – Zərərçəkən: “
Tovuz rayon polis şöbəsindəndə bildirildi ki zərərçəkənin müraciəti əsasında əməliyyat axtarış tədbiləri davam etdirilir. Hələlik iş üzrə saxlanılan yoxdur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır