05.08.2026 - 11:32
Hərbi xəbər 25 baxış

Hava Hücumundan Müdafiə bölmələri üçün 20-yə yaxın yeni hərbi obyekt istifadəyə verildi

Müdafiə Nazirliyi Hava Hücumundan Müdafiə bölmələrinin xidməti-döyüş fəaliyyətinin daha səmərəli təşkili məqsədilə ölkənin müxtəlif bölgələrində yerləşən 20-yə yaxın yeni hərbi obyekti istifadəyə verib.

Minval.info xəbər verir ki, Müdafiə Nazirliyinin rəhbər heyəti yeni inşa olunan hərbi obyektlərdə yaradılmış şəraitlə tanış olub. Məlumata görə, obyektlərdə şəxsi heyətin rahat xidməti üçün yeməkxana, mətbəx, yataqxana, tibb məntəqəsi, silah otağı, eləcə də digər zəruri xidmət sahələri yaradılıb.

Bildirilib ki, hərbi hissələrin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə ehtiyat generatorlar quraşdırılıb. Yeni tikililər müasir mebel və avadanlıqlarla təchiz olunaraq şəxsi heyətin bütün zəruri ehtiyaclarının qarşılanmasına uyğunlaşdırılıb.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Hava Döyüş Komandanlığının rəhbərliyinə yeni silah və hərbi texnikanın imkanlarından maksimum səmərə ilə istifadə olunması, həmçinin şəxsi heyətin peşəkarlığının artırılması istiqamətində təlimlərin davam etdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: