24.09.2021 - 14:19
Hadisə 1 baxış

Həyətində toy etmək ev sahibinə baha başa gəldi

Qəbələdə fərdi evdə keçirilən toy mərasimində karantin qaydaları pozulub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Minval.info-ya verilən məlumata görə, rayonun Nic qəsəbəsində Habil Əzizova məxsus evin həyətində keçirilən toy mərasimində 180 nəfərə yaxın qonağın iştirak etdiyi, eləcə də onlardan 15-nin COVID-19 pasportunun olmadığı müəyyən edilib.

Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar toy sahibi H.Əzizov inzibati məsuliyyətə cəlb olunaraq 400 manat məbləğində cərimələnib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: