Həyətdə toy edən kəndlilər CƏRİMƏLƏNDİ

Ucarda qeydiyyatdan keçmədən toy təşkil edən üç şadlıq sarayının rəhbərliyi cərimələnib.
DİN Mətbuat xidmətindən Minval.info -ya verilən məlumata görə, Şirvanda reyd zamanı “Xan”, “Taleh” və “Aygün” şadlıq saraylarında keçirilən toy mərasimi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi və qonaqların müəyyən edilən say həddindən artıq olması aşkarlanıb.
Qayda pozuntuları ilə bağlı həmin sarayların inzibatçıları və toy sahibləri barəsində qanunamüvafiq tədbirlər görülüb.
Keçirilən reyd nəticəsində rayonun Qazyan və Alpı kəndlərində də eyni qayda pozuntuları aşkarlanıb.
Belə ki, Qazyan kənd sakini Sabir Ələkbərovun və Alpı kənd sakini Murad Fəxrətovun qaydaları pozaraq evinin həyətində 50 nəfərdən çox şəxsin iştirakı ilə toy məclisi keçirdiyi müəyyən olunub. Aşkarlanan qayda pozuntusu ilə bağlı ev sahibi və məclisdəki şəxslər barəsində qanunamüvafiq tədbir görülüb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır