Hərbi ekspert: "Ermənistan Qərbin açıq himayəsinə götürülüb"
Fransa MN sərhəddəki vəziyyəti dəyərləndirmək üçün Ermənistana nümayəndə heyəti göndərəcək.
Musavat.com xəbər verir ki, bu barədə hərbi ekspert Alp Arslan İmamqulu sosial şəbəkədə yazıb.
Ekspertin fikrincə, ABŞ rəsmiləri delimitasiya aparılmadığı təqdirdə, sərhədlərin təyin olunmadığına baxmayaraq yenidən Azərbaycanı Ermənistan ərazisinə girməkdə təqsirli bilərək, ordumuzun təcili geri – əvvəlki mövqelərinə çəkilməsi ilə bağlı bəyanatlar səsləndirməkdə davam edirlər.
A.İmamqulu yazır ki, Ermənistan bu dəfə Qərbin açıq himayəsinə götürülüb: “29 il ərazilərimizin işğal altında qalmasına laqeyd qalan Qərbin gerçək üzü aşkardadır. Cinsi azlıqlarları ordularına qəbul edən bu “qlobal polis” dövlətlər indi də, deyəsən, terorizmin keşikçisi olmaq həvəsinə düşüblər. Nə olursa-olsun, Azərbaycanın bir yolu var. O da ərazilərini varisi olduğu Azərbaycan Xalq Cümhuriyyətinin xəritisinə müvafiq olaraq delimitasiya edərək terror yuvalarını sonsuza qədər söndürməkdir. 2020-ci il vətən müharibəsində bizi qiymətləndirənlər bir çox şeyi nəzərə almamışdılar. Əslində isə görə bilmədikləri ən əsas məqam müqəddəs yolda irəliləyənlərin daima yanında olan uca Allahın görünməz iradəsidir!”
Musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hörmüz boğazında ticarət gəmisinə hərbi müdaxilə
Rusiyanın hərbi resursları 2028-ci ilə qədər yetərlidir
Yəmən paytaxtını geri almaq üçün hücuma keçir
Şəhid anası Gülçöhrə İsayeva vəfat etdi
Almaniyada müharibə bombası: 5 min nəfər təxliyə olunur