Hərbçilərimiz Gürcüstanda beynəlxalq təlimlərə qatılacaq
Azərbaycan Ordusunun hərbi qulluqçuları Gürcüstanda keçiriləcək beynəlxalq təlimlərə qatılacaq.
Modern.az xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.
2400-dən çox hərbçinin iştirak edəcəyi “Noble Partner 2022” (“Layiqli partnyor 2022”) təlimlərinin məqsədi Qara dəniz regionunda sabit və təhlükəsiz mühitin təmin edilməsi üçün regional tərəfdaşlar, müttəfiqlər arasında hazırlığın və qarşılıqlı uyğunluğun artırılmasıdır.
Manevrlərdə Azərbaycan, ABŞ, Yaponiya, İsveç, Bolqarıstan, Rumıniya, Moldova, Yunanıstan, Böyük Britaniya, Türkiyə, Slovakiya, Norveç, Macarıstan, Almaniya, Bosniya və Herseqovina, Estoniya, Polşa hərbçiləri, Litvanın çoxmillətli briqadası iştirak edəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
2026-cı ilin avqustu: İqlim rekordları qırıldı
Hörmüz boğazında ticarət gəmisinə hərbi müdaxilə
Rusiyanın hərbi resursları 2028-ci ilə qədər yetərlidir
Yəmən paytaxtını geri almaq üçün hücuma keçir
Şəhid anası Gülçöhrə İsayeva vəfat etdi
Almaniyada müharibə bombası: 5 min nəfər təxliyə olunur