Hərəkət yenə məhdudlaşdırılır - Diqqət!
Bakı-Sumqayıt yolunun şəhər istiqamətində Bakı Beynəlxalq Avtovağzal kompleksi qarşısından keçən hissəsində asfalt örtüyünün yenilənməsi işləri ilə əlaqədar olaraq iyul ayının 28-i səhər saat 10:00-dan iyul ayının 29-u səhər 05:00-a qədər avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Minval.info-ya verilən məlumata görə, hərəkət istiqaməti Beynəlxalq Avtovağzal kompleksinin yanından Stend Atıcılığı idman kompleksinə gedən yol vasitəsi ilə Bakı-Dairəvi-1 avtomobil yoluna yönəldiləcək.
Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.
Yaranan müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Daha bir rayonumuzda “ASAN xidmət” mərkəzi tikiləcək
Zəngilan Hava Limanının istifadəyə verilmə tarixi AÇIQLANDI
Azyaşlını qəbiristanlığa aparıb zorlayıb - Azərbaycanda
Sabah Bakıda 40, rayonlarda 42 dərəcə isti olacaq
"Tərtər işi" ilə bağlı daha bir neçə nəfər həbs edilib - RƏSMİ
Səhiyyə Nazirliyi və TƏBİB açıqlama yaydı: "Qapalı məkanlarda..."