12.09.2026 - 09:21
Ölkə 15 baxış

Azərbaycan sahibkarları Çində xidmət ixracını genişləndirir

Azərbaycan sahibkarları Çinin Pekin şəhərində təşkil olunan Çin Beynəlxalq Xidmətlər Ticarəti Sərgisi (CIFTIS 2026) çərçivəsində xidmət ixracı imkanlarını müzakirə edir və potensial tərəfdaşlarla işgüzar əlaqələr qururlar. İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanın Çindəki ticarət nümayəndəliyi və AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycanın informasiya və kommunikasiya texnologiyaları, rəqəmsal xidmətlər, logistika, nəqliyyat, tədbirlərin təşkili və idarə olunması, mühəndislik və tikinti, biznesin inkişafı və konsaltinq sahələrində fəaliyyət göstərən 10 şirkəti xidmətlərini vahid ölkə stendində təqdim edir.

Minval.info xəbər verir ki, stenddə həmçinin Azərbaycanda sahibkarlara göstərilən dəstək mexanizmləri, ölkənin əlverişli biznes və investisiya mühiti, eləcə də iştirakçı şirkətlər barədə təqdimat materialları nümayiş olunur. Sərgi sentyabrın 13-dək davam edəcək və Azərbaycan bu tədbirdə yeddinci dəfə iştirak edir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: