Hədələyib 3 nəfərin pulunu alan qadın tutuldu

Hədə-qorxu ilə insanların pulunu alanlar saxlanılıb.
Daxili İşlər Nazirliyindən Minval.info-ya verilən məlumata görə, Salyan rayon Polis Şöbəsinə şəhər sakinləri olan iki nəfərin hədələnərək ümumilikdə 2200 manat pullarının alınması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Cəlilabad rayon sakini X.Əliyev müəyyən edilərək saxlanılıb. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun bu ilin iyun ayında rayon sakini olan daha bir nəfəri də hədələyərək 400 manat pulunu alması müəyyən edilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (Hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanılıb.
Davam etdirilən tədbirlərlə hədə-qorxu gəlməklə hər üç şəxsdən ümumilikdə 2600 manat pul almaqda şübhəli bilinən İ.Hüseynova da müəyyən edilərək saxlanılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır