Qış “transfer pəncərəsi” dönəmindən istifadə edən Avropa klubları futbolçu alış-verişinə davam edir.

“Sportitalia” nəşri: “Yuventus” və “Fiorentina” Duşan Vlahoviçin 67 milyon avro + bonuslar qarşılığında transferinə razılaşıblar.

Futbol insayderi Fabritsio Romanodan xəbərlər:

* “Yaxın bir neçə saat ərzində “Yuventus” Vlahoviçi transfer etmək üçün rəsmi təklif göndərək. Danışıqlar davam edir. “Yuventus”a keçəcəyi təqdirdə, Alvaro Morata yenidən “Barselona”nın hədəfinə çevriləcək. Morata hələ də Kataloniya klubuna keçiddə maraqlıdır.

* “İnter” Robin Qozenslə maraqlanır. Ancaq “Atalanta” bir neçə gün əvvəl “Nyukasl”ın təklifini rədd edib. Belə ki, “bənövşələr” yanvar ayında futbolçunu satmaq istəmirlər.

*  Antoni Marsialın “Sevilya”ya icarəsi ilə bağlı “Mançester Yunayted”lə danışıqlar yaxın saatlarda aparılacaq. Həmçinin “Qırmızı şeytanlar”ın üzvü Cessi Linqardın “Nyukasl”a icarə əsasında keçidi ilə bağlı da bu gün müzakirə aparılacaq.

“Sky Italy” saytı: “Fiorentina” Artur Kabral üçün “Bazel”ə 14 milyon avro təklif edib.

Romeo Aqresti (Goal): “Xavi hələ də Alvaro Moratanı istəyir. Hazırda onlar Turin klubundan Vlahoviçin imzalamasını gözləyirlər”.

Rudi Qaletti (Sportitalia): “Fiorentina” Artur Kabralla müqavilənin şərtlərini razılaşdırıb. Hər şey klubdan asılıdır”.

Alberto Fernandez (MARCA): “Sevilya” Marsial üçün 5-6 milyon avro təklif edir.

Klubun rəsmi saytı: Klaudio Ranyeri “Uotford”un baş məşqçisi postundan qovulub. Klub turnir cədvəlində 19-cu yerdə qərarlaşıb.

Florian Plettenberg (Sky Germany): “Futbolçuya yaxın mənbələr Corcinyo Viynaldumun ən azı yaya qədər PSJ-də qalmaq istədiyini təsdiqləyir. “Tottenhem”lə danışıqlar aparılmayıb”.

“Sky Sports” saytı: “Tottenhem” “Vulverhempton”un yarımmüdafiəçisi Adam Traoreni 20 milyon funt-sterlinqə transfer etməyə yaxındır.

İtaliya Futbol Federasiyasının rəsmi saytı: Mario Balotelli üç ildən sonra İtaliya millisinə çağırılıb.

Baş tutmuş transfer xəbərləri: 

Stiven Eştakyu (25 yaşlı yarımmüdafiəçi)

“Pakoş de Ferreyra”dan (Portuqaliya)  “Portu”ya (Portuqaliya) keçib.
2021/22-ci illər mövsümünün sonuna qədər icarədə olacaq.

Kevin Miralyaş (34 yaş)

“Qaziantep”dən (Türkiyə) “Moreirenşe” (Portuqaliya) transfer olunub.
Azad agent qismində keçən futbolçunun müqaviləsinin müddəti 2021/22-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulub.

Jeremi Boqa (25 yaşlı oyunçu)

“Sassuolo”dan (İtaliya) “Atalanta”ya (İtaliya) keçib.
Transfer məbləği 22 milyon avro təşkil edir.