Göyçayda narkotik becərən şəxs saxlanılıb

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyasına qarşı əməliyyat keçirilib.
Minval.info bildirir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, əməliyyat nəticəsində rayonun Qarayazı kənd sakini Xanlar Həsənov saxlanılıb. Onun yaşadığı ünvanın həyətyanı sahəsinə baxış keçirilən zaman yarımtikilinin içərisində aqrotexniki qulluq göstərilmiş, ümumi çəkisi 77 kiloqramdan artıq olan 33 ədəd çətənə kolu aşkar olunaraq maddi sübut kimi götürülüb və ekspertizaya təqdim olunub.
Araşdırma zamanı X.Həsənovun narkotik tərkibli bitkiləri həm şəxsi istifadəsi, həm də satış məqsədilə mart ayından becərdiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır