05.11.2026 - 16:54
Avropada daha bir sərnişin təyyarəsində bomba həyəcanı: təcili eniş
Hadisə 156 baxış

Avropada daha bir sərnişin təyyarəsində bomba həyəcanı: təcili eniş

“Air Lingus” aviaşirkətinə məxsus sərnişin təyyarəsi bomba təhlükəsi səbəbindən Avropada təcili eniş edib.

Publika.az-ın məlumatına görə, “The Guardian” xəbər verib ki, Dublindən Romaya uçan bu təyyarə, partlayış təhlükəsi ilə bağlı alınan məlumatdan sonra Fransanın Evr şəhərindəki hərbi aviabazaya enməyə məcbur olub.

Bildirilib ki, son 24 saat ərzində Avropada yeddi sərnişin təyyarəsi də bomba təhlükəsi ilə üzləşib. Bu təyyarələr Polşa, İtaliya, İspaniya və Bolqarıstanda məcburi eniş etməli olublar.

Son zamanlarda belə hadisələrin artması aviasiya sahəsində təhlükəsizlik tədbirlərinin gücləndirilməsini zəruri edir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: