BTQ-nin beynəlxalq gənclər platformasına 40 ölkə qoşulub
Bakı Təşəbbüs Qrupunun (BTQ) təşəbbüsü ilə yaradılan Qlobal Cənub Gənclər Platformasına (GYSP) artıq 40 ölkə qoşulub. Publika.az-a verilən məlumata görə, bu platforma qlobal ədalətə töhfə vermək məqsədilə müxtəlif ölkələrdən olan fəal gəncləri bir araya gətirir.
Bu il may ayında fəaliyyətə başlayan platforma sülh, həmrəylik və dekolonizasiya prinsiplərini təşviq edərək, Qlobal Cənubun gənclərinin beynəlxalq qərar qəbuletmə proseslərindəki rolunu gücləndirməyə çalışır. Platforma Afrikadan, Asiyadan, Avropadan, Karib hövzəsindən və Sakit okean regionundan olan gəncləri, o cümlədən Yeni Kaledoniya, Fransız Polineziyası, Qvadelup, Reyunyon, Fransız Qvianası, Boneyr və Korsika kimi ərazilərin nümayəndələrini bir araya gətirir.
Beynəlxalq tədbirlər və əməkdaşlıq
Platforma fəaliyyətə başladığı qısa müddət ərzində iki beynəlxalq tədbir təşkil edib. Bunlardan biri Bakı şəhərində keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində “Kolonial ədalətsizlik və mənzil çatışmazlığı” mövzusunda tədbir olub. Burada kolonial irsin mənzil təminatına və şəhərlərin inkişafına təsirləri müzakirə edilib.
20 may 2026-cı ildə isə “Qlobal Cənub Gənclər Platforması: Urbanizasiyanın dekolonizasiyasında gənclərin rolu” adlı tədbir keçirilib. Bu tədbirlərdə gənclərin şəhərsalma proseslərində iştirakı və yerli icmaların hüquqlarının müdafiəsi məsələləri müzakirə edilib.
Platforma, müxtəlif regionlardan olan gəncləri bir araya gətirərək təcrübə mübadiləsini, beynəlxalq təşəbbüslərin həyata keçirilməsini və gənclərin qlobal müzakirələrdə fəal iştirakını təşviq edir. GYSP, Qlobal Cənubun səsinin beynəlxalq təşkilatlarda daha uca eşidilməsinə töhfə vermək üçün səylərini davam etdirir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Şəhid övladları üçün əyləncəli tədbir keçirilib
Aytən Səfərova Zığdakı antisanitar vəziyyətə etiraz etdi
Bakıda 100 ildən çox yaşı olan binaların yerləşdiyi ərazilər
Azərbaycanda gənclərin məşğulluq səviyyəsi 94 min nəfər azalıb
14 yaşlı qız anasının zorakılığına görə sığınacağa yerləşdirildi
Övladına nağıl kitabı aldı, şoka düşdü
Məktəblərdə geyim qaydaları ilə bağlı QHT bəyanat yayımladı