Gənc oğlan kişini bir yumruğa yerə sərdi - Maşına minib qaçdı (ANBAAN KADRLAR)
Abşeron rayonunda insident yaşanıb.
Minval.info xəbər verir ki, hadisə Xırdalan şəhərində “Kristal Abşeron” yaşayış kompleksinin ərazisində baş verib.
Bu barədə həmin binada yaşayan sakinlərdən biri saytımıza məlumat verib. Onun sözlərinə görə, dava bir neçə ay öncə baş verib.
Belə ki, ailələr arasında mübahisə olan zaman mühafizəçi onları sakit olmağa, ətrafdakı insanları narahat etməmə çağırıb. Ara sakitləşəndən bir qədər sonra hadisənin iştirakçısı olan orta yaşlı kişi əsəbini soyuda bilməyib. O, səbəbsiz yerə binanın həyətinə daxil olan taksi sürücüsünün üstünə qışqırıb. Ardınca sükan arxasından qalxıb ələn şəxslə və yanındakı dostu ilə mübahisə etməyə başlayıb. Şahidlərin deməsinə görə, üzbəüz danışdığı gənc marketə daxil olan zaman onun ünvanına nalayiq ifadə işlədib. Bu zaman bir qədər öncə oğlanın yanında dayanan şəxs kişiyə qəfildən yumruq zərbəsi vurub.
Yaşlı kişi aldığı zərbədən yerə yıxılıb və ətrafdakı insanların köməkliyi ilə özünə gəlib.
Hadisə şahidi bildirib ki, zərbənin gücündən huşunu itirən kişi Türkiyə vətəndaşıdır və yanındakı xanım ona tez-tez “paşam” deyə müraciət edib.
https://www.youtube.com/watch?v=7XO_fBsgoQA&feature=youtu.be
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır
