Gəncədə yeni həbslər var
İyulun 3-ü və 10-u tarixlərində Gəncədə baş vermiş cinayətlərdə ittiham olunan daha dörd nəfər iyulun 16-da saxlanılıb.
Minval.info xəbər verir ki, bu barədə virtualaz.org-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Həbs edilmiş Ceyhun Ələkbər oğlu Qurbanov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin və barəsində terror aktı planlaşdırılan digər şəxslərin izlənilməsində ittiham edilir. Sonradan bu məlumat Yunis Səfərova ötürülüb. Qeyd etmək lazımdır ki, Ceyhun Qurbanov Yunius Səfərovun yaxın qohumudur.
Digər həbs olunanlar – Vüqar Allahverdiyev və Ülvi Həsənov iyulun 10-da Gəncədə baş vermiş hadisələrin fəal iştirakçıları olublar. Bundan əlavə, Alim Yusifov həbs edilib ki, o kütləvi iğtişaşlarda iştirak etmək məqsədilə kriminal aləmin bir neçə nümayəndəsini Şəmkirdən Gəncəyə çatdırıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Şahin Şıxlinski və oğlu müxtəlif cəzaçəkmə müəssisələrinə göndərilib
"Arzum 9999" Almaniyaya gedə biləcək? – Hüquqşünas açıqladı
Arzumun azadlığa buraxılması cəmiyyəti iki yerə böldü – Səbəb
Nigar Fərhad haradadır?
"Arzum"un işində barışıq baş tutmayıb: Mərhumun anası razılıq vermir
"Arzum" bu şərtlərlə azadlığa çıxdı