Gəncədə çörək sexi bağlandı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə regional bölməsinin əməkdaşları Gəncə şəhəri, Müseyib Bağırov 59 ünvanında fəaliyyət göstərən fiziki şəxs Qədimov Kamran Habil oğluna məxsus çörək istehsalı müəssisəsində yoxlama keçirib.
AQTA-dan Minval.info-ya verilən məlumata görə, yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydaların kobud şəkildə pozulması faktı aşkar edilib.
Belə ki, müəssisənin xammal anbarına baxış zamanı zərərverici izlərinə rast gəlindiyi, istehsal sahəsində döşəmənin tamlığının pozulduğu, divar və tavanın, elektrik sobasının divar və qapaqlarının sanitar norma və qaydalara uyğun olmadığı, həmçinin dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin vaxtlı-vaxtında aparılmadığı, işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi məlum olub. Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib, müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda ana 25 yaşlı qızını qızını axtarır - Bayramdan sonra...
Zaqatalada keçmiş məhkumdan dörd kiloqram marixuana götürülüb
Naxçıvandan Bakıya uçan təyyarə quşla toqquşdu
Rusiyada yol qəzasında sürücü və iki azyaşlı öldü
Yatmış həyat yoldaşına iynə vurub öldürməyə çalışdı