FHN: Ötən sutka 64 halda yanğına çıxış üzrə əməliyyatlar həyata keçirilib

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 64 halda yanğına çıxış, köməksiz vəziyyətdə qalma faktı üzrə 5 və intihara cəhd faktı üzrə 1 qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən Minval.info-ya bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb, insanların həyatı xilas olunub. Ümumilikdə, ötən sutka ərzində səkkiz nəfər, o cümlədən dənizdə çimərlik ərazisində batma təhlükəsi olan iki nəfər, Bakı şəhərinin Nəsimi rayonunda intihara cəhd edən bir nəfər xilas edilib. Həmçinin nazirliyin dalğıc-axtarış qrupu Yuxarı Qarabağ kanalının Ağcabədi rayonunun Salmanbəyli kəndi ərazisindən keçən hissəsində batmış bir nəfərin axtarış işlərinə cəlb olunub.
FHN əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır