Fermalardan 32 minlik oğurluq edib Bakıda əyləndilər - FOTO

Şamaxıda 112 baş xırdabuynuzlu heyvanı oğurlayıb satan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Minval.info-ya verilən məlumata görə, rayonun Şəhriyar və Sabir qəsəbələrində, eləcə də şəhər ərazisində yerləşən fermalardan ümumi dəyəri 32 min manatdan artıq olan 112 baş xırdabuynuzlu heyvanların oğurlanması ilə bağlı polis şöbəsinə müraciətlər daxil olub.
Daxil olmuş müraciətlər əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törədən şəxslər, Laçın rayon sakini Elvin Mustafayev, Şamaxı rayon sakinləri- Musa Şirinov,Adəm Abdullayev və Babək Bəyalıyev müəyyən edilərək şübhəli şəxs qismində saxlanılıblar.
Araşdırma zamanı həmin şəxslərin oğurladıqları heyvanları Salyan və Ağdaş rayonlarındakı mal-heyvan bazarlarda satdıqları məlum olub. Onlar ifadələrində əldə etdikləri pulu öz aralarında böldüklərini və Bakı şəhərinə gedərək öz əyləncələrinə xərclədiklərini bildiriblər.
Faktla bağlı Şamaxı rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sumqayıtda yaşayış binasında yanğın olub, 10 nəfər təxliyə olunub
Azərbaycanda kişi qohumları tərəfindən döyüldü - xəstəxanalıq oldu
Bakıda ağır qəza: 4 maşın toqquşdu - FOTOLAR
Bakı aeroportunda faciəli şəkildə ölən şəxs rəisin oğlu imiş
Avtobus gənc oğlanı vurub öldürdü
Abşeronda faciə: 7 yaşlı uşaq 6-cı mərtəbədən yıxılıb öldü
