31.01.2019 - 12:39
Hadisə 1 baxış

Fahişəxana işlədən vəzifəli şəxs saxlanıldı

Sumqayıtda fahişəxana işlədən vəzifəli şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Verilən məlumata görə, əməliyyat Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşları trəfindən keçirilib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 244–cü (əxlaqsızlıq yuvaları saxlama) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə axtarışda olan E.Muradov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: