Fərid Şəfiyev Qətərdə bir sıra görüşlər keçirib
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Qətərin paytaxtı Dohaya səfər edib. Səfər çərçivəsində noyabrın 22-də Ərəb Tədqiqat və Siyasi Araşdırmalar Mərkəzinin direktoru Azmi Bişara ilə görüş keçirilib.
Görüşdə F.Şəfiyev 44 günlük müharibədə Azərbaycanın qələbə qazanması ilə öz ərazi bütövlüyünü bərpa edərək Ermənistan-Azərbaycan münaqişəsinə son qoyduğunu bildirib. O həmçinin qeyd edib ki, münaqişənin həll olunması ilə regionda dayanıqlı sülhə nail olmaq üçün yeni fürsət yaranıb.
Öz növbəsində A.Bişara Körfəz bölgəsindəki siyasi proseslərin ümumi vəziyyəti haqqında məlumat verib. Tərəflər hər iki beyin mərkəzi arasında əməkdaşlıq əlaqələrinin daha inkişaf etdirilməsi və qarşılıqlı səfərlər barədə razılığa gəliblər.
Səfər çərçivəsində Qətərdə yerləşən Corctoun Universitetinin nəzdində fəaliyyət göstərən Regional və Beynəlxalq Tədqiqatlar Mərkəzinin rəhbərliyi ilə də görüşlər keçirilib. Görüş zamanı enerji, ətraf mühit, təhlükəsizlik və digər regional və regionlararası məsələlərə dair birgə akademik tədqiqatların həyata keçirilməsi, elmi tədqiqatçıların qarşılıqlı səfərlər etməsi barədə razılıq əldə edilib.
Anar Əhməd,
Minval.info




Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda icra başçısı şöbə müdirini danladı - Ürəyi partlayıb öldü
Sərnişin daşıyan koronaviruslu taksi sürücüsünə cinayət işi başlandı
Milyarder Süleyman Kərimov xəstəxanaya yerləşdirilib
Bakıda başı telefona qarışan avtobus sürücüsü qəza törətdi - ANBAAN VİDEO
Tovuzda 3 uşaq anası özünü yandırdı
Həyəcanlanan sürücünün maşınından avtomat çıxdı
Azərbaycan əsgəri haqqında həbs qərarı çıxarıldı