Evdə “Qədiri-Xum” mərasimi keçirənlər həbs olundu

İyulun 29-da Lənkəran şəhər sakini İlqar Əzimovun yaşadığı evdə bir qrup şəxslə “Qədiri-Xum” dini bayramının qeyd edilməsi üçün yığıncaq təşkil edilib.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Qafqazinfo”nun sorğuna cavab olaraq bildirilib ki, həmin ünvana gələn polis əməkdaşları tərəfindən ev sahibinin karantin qaydalarına zidd olaraq sosial məsafə gözlənilmədən dini mərasim təşkil edilməsi, qapalı məkanda tibbi maskadan istifadə edilməməsi, səsgücləndirici vasitələrdən istifadə etməklə dini ritualların səsləndirməsi halları müəyyən edilib.
Bu hallar həmçinin qonşuluqda yaşayan sakinlərin narazılığına səbəb olub.
Mərasimi təşkil edən İ.Əzimov və 22 nəfər Lənkəran ŞRPŞ-yə gətirilib. Həmin mərasimin təşkilatçısı İ.Əzimov və digər 3 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə(211.1-Epidemiya əleyhinə rejimin,sanitariya-gigiyena və karantin qaydalarının pozulması),(515.0.2-Dini yığıncaqlar və digər mərasimlərin təşkilinin, keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulması) əsasən inzibati protokol tərtib olunaraq baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə İ.Əzimov, Ə.Məmmədov, Ş.Rzayev, Ə.Rzayev inzibati qaydada həbs olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır