Elektromobillərin və hibrid avtomobillərin yeni qaydada kreditləşdirilməsinə başlanılır
Azərbaycan Mərkəzi Bankının təsdiqlədiyi “Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda” oktyabrın 1-dən qüvvəyə minəcək.
“Report” xəbər verir ki, bunu qurumun Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktor müavini Samir Rzayev bildirib.
Xatırladaq ki, Qaydaya əsasən, Azərbaycanda kreditlə istehsal tarixi 3 ildən az olan elektromobil almaq istəyənlər onun dəyərinin 10%-i qədər ilkin ödəniş edəcək. İstehsal tarixi 3 ildən çox olan elektromobillərin kreditləşdirilməsi üçün isə ilkin ödəniş tələbi 40% olacaq.
Həmçinin, hibrid mühərrikli avtomobil nəqliyyatı vasitələri üzrə kreditin rəsmiləşdirilməsi üçün istehsal tarixi 1 il və yaxud ondan az olduqda ilkin ödəniş 20%, 1-3 il olduqda 40%, 3 ildən çox olduqda isə 50% təşkil edəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Avropada qazın qiyməti 4 ilin zirvəsində!
Dollar ucuzlaşdı, qızıl dəyər qazandı
Müəllimlər üçün yeni maaş artımı şansı!
Gecikmiş 517 min manat işçilərə ödənildi
Ət bahalaşır, kəndli subsidiya ala bilmir
Neftin qiymətində artım: Brent 97 dolları keçdi
Lerikdə sakinlərin çəkdirdiyi yol üç günə dağıldı