07.09.2026 - 21:40
Ölkə 19 baxış

Əhmədin 627 ballıq uğur hekayəsi!

Ordubad rayonunun Düylün kənd tam orta məktəbinin məzunu Əhməd Hüseynov, Naxçıvan Dövlət Universitetinin “Kompüter mühəndisliyi” ixtisasına 627 balla qəbul olub. Onun bu uğuru, imtahan qaydalarındakı xüsusi fürsətdən yararlanaraq əldə etdiyi nəticə ilə diqqət çəkir.

Minval.info xəbər verir ki, Əhməd Hüseynov aprelin 19-da keçirilən buraxılış imtahanında 300 bal toplasa da, rəsmi olaraq maksimum bal toplayan məzun kimi elan edilməmişdi. Bu, onun məktəbdə tədris olunan xarici dildən fərqli bir dil üzrə imtahan verməsi ilə əlaqədar idi.

Dövlət İmtahan Mərkəzi (DİM) məsələyə aydınlıq gətirərək bildirmişdi ki, buraxılış imtahanı fənləri dedikdə tədris dili, riyaziyyat və məktəbdə tədris olunan əsas xarici dil nəzərdə tutulur. Əhməd Hüseynov, Azərbaycan dili, riyaziyyat və rus dili fənləri üzrə imtahan verib. O, Azərbaycan dili və riyaziyyat fənlərinin hər biri üzrə 100 bal toplasa da, əsas xarici dil kimi imtahan verdiyi rus dilindən aşağı bal toplayıb.

Əhməd, ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək üçün buraxılış imtahanındakı xarici dili deyil, öz istədiyi xarici dili seçmək imkanından yararlanaraq ingilis dilini seçib və əlavə imtahan verməklə 100 bal toplayıb. Bu bal, ali təhsil müəssisələrinə qəbul zamanı nəzərə alınıb. Beləliklə, buraxılış imtahan nəticəsinə görə 300, blok imtahanından isə 327 bal toplayan Əhməd, qəbul balını 627-yə yüksəldib və arzuladığı ixtisasa qəbul olub.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: