Azərbaycanda 28 məktəbdə yeni peşə sinifləri açılır
2026-2027-ci tədris ilində Azərbaycanda daha 28 məktəbdə peşə təmayüllü siniflər fəaliyyətə başlayacaq. Bu siniflərin tətbiq ediləcəyi məktəblərin siyahısı artıq açıqlanıb.
Minval.info xəbər verir ki, bu məktəblər arasında Yasamal rayonunda Məmməd İsmayıl Cüvarlinski adına 52 nömrəli və 133 nömrəli tam orta məktəblər, Nərimanov rayonunda 5 nömrəli internat tipli xüsusi ümumtəhsil məktəbi, Dilqəm Nəbiyev adına 178 nömrəli və 82 nömrəli tam orta məktəblər, Nizami rayonunda 312 nömrəli tam orta məktəb, Binəqədi rayonunda Namiq Fərəczadə adına 100 nömrəli, 335 nömrəli və Əsəd Ələskərov adına 244 nömrəli tam orta məktəblər, Sumqayıtda 5 nömrəli tam orta məktəb, Şəki rayonunda isə Cəyirli kənd tam orta məktəbi və Kiçik Dəhnə kəndi 2 nömrəli tam orta məktəb yer alır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Migel Anxel Moratinos: Dinlər 8 milyard insanın qayğısına qalır
Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu keçirəcək
SON DƏQİQƏRamiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
Abşeronda yolun təmiri çərçivəsində drenaj sistemi qurulacaq
Xocavənd və Ağdərəyə daha 42 ailə yola salınıb